İdman

Arda Turanın yeni klubu bəlli oldu

“Barselona”nın türkiyəli ulduzu Arda Turanın yeni klubunun adına böyük ölçüdə aydınlıq gəlib.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cari mövsüm La Liqada oyuna çıxmayan yarımmüdafiəçi Superliqa təmsilçilərindən “Başakşəhər”ə transfer olunacaq. Arda Turanın “Arsenal”, “Everton” və “Milan”a keçmək variantları olsa da, məsələ ciddiləşməyib. Bununla da oyunçunun yaxın günlərdə Türkiyəyə qayıtması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43