Dünya futbolu

Ardıcıl 3-cü dəfə – Vinisius Junior

Azarkeşlər Vinisius Junioru “Real”da aprel ayının ən yaxşı oyunçusu seçiblər.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı səsvermədə Kərim Benzema, Rodriqo Qoes, Marko Asensio və Eduardo Kamavinqanı üstələyərək ardıcıl üçüncü dəfə ayın ən yaxşısı adına layiq görülüb.

Ümumilikdə bu mövsüm Vinisius bu mükafatı 4 dəfə – avqust, fevral, mart və aprel aylarında qazanıb.

O, ötən ay komandanın heyətində bütün yarışlarda 8 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43