Ölkə futbolu

Ardıcıl iki dəfə I divizion çempionu olan baş məşqçinin acı taleyi: sürücü işləyir

Kamal Quliyev – Azərbaycan futbolunun məşhur simalarından biri. 18 illik futbolçu karyerası ərzində “Xəzər Sumqayıt”, “Neftçi”, “Volın” (Ukrayna), “Karvan”, “Xəzər Lənkəran”, “Standard” kimi klubların uğurları üçün çalışıb, Azərbaycan millisində 50 oyun keçirib və öz dövrünün öndəgələn futbolçularından olub. Məşqçi kimi isə “Neftçi”də eləcə də “Neftçala”da çalışıb.

“Neftçala” dağıldıqdan sonra Kamal Quliyev də futboldan uzaq düşdü. Düzdür, Quliyev bir müddət telekanallarda ekspert kimi çıxış etdi, amma son zamanlar ondan xəbər yoxdur.

İdmanxeber.com-un məlumatına görə, məsələ ilə bağlı araşdırma aparan futbol11.az saytı bir sıra məqamları üzə çıxarıb. Bizdə olan məlumata görə, Kamal Quliyev hazırda sürücü işləyir. Mərc oyunlarında böyük ziyana düşən Quliyev sərvətini və əlində olan obyektlərin hər birini itirib. İndi o rayonların birinə sərnişin daşıyır.

Əlbəttə ki, burada qəbahət bir şey yoxdur. Sadəcə, hər kəs öz bacardığı işi görsə yaxşı olar. Ümid edirik ki, müstəqil Azərbaycan futbolu tarixində izi olan Quliyev yenidən futbola qayıdacaq və fəaliyyətini bu sahədə davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43