Ölkə futbolu

ARDNŞ “Neftçi”dən tələb etdi: Paytaxt klubunun yay transfer siyasəti idmanxeber.com-da! – ÖZƏL

Qış transfer pəncərəsində heç bir legioner futbolçu transfer etməyən “Neftçi”nin bu siyasəti yayda da reallaşacaq.

İdmanxeber.com-a kluba yaxın mənbədən daxil olan məlumata görə, paytaxt klubuna “yuxarı”dan gəncləşdirmə siyasəti ilə bağlı göstəriş verilib. ARNDŞ-nin hesabına maliyyələşdirilən “Neftçi”yə yalnız yerli futbolçularla çıxış etmək göstərişi verilib. Belə ki, “ağ-qaralar” yeni mövsümdən legionerlərin sayını azaltmaqla bu yöndə ilk addımı atmağı fikirləşir. İqot Mitreski, Bahodir Nasimov kimi gəlmələrin göndəriləcəyi artıq dəqiqləşib. Digər legionerlər isə zamanla komandadan ayrılacaq. ARDNŞ-nin “Neftçi” qarşısına qoyduğu tələb isə az və keyfiyyətli legionerlərin komandada saxlanılmasıdı.

Yay transfer pəncərəsində “Neftçi”nin cəmi bir legionerlər qüvvətlənəyəcəyi gözlənilir. “Ağ-qaralar” yalnız hücum xəttinə bir legioner futbolçu transfer etməklə kifayətlənəcək. Məhz buna görə də, “flaqman” yalnız yerli bazara diqqət yetirməkdədi. İcarədə olan Nicat Qurbanov, Emil Balayev və bu kimi digər futbolçular yeni mövsümdən etibarən “Neftçi”də top qovacaqlar. 

Böyük tarixə malik komandadan artıq nəticə o qədər də çox istənilmir. Əsas olan milli komandalara futbolçular yetişdirməkdir ki, ARDNŞ də “ağ-qaralar”ı “Sumqayıt”ın gününə salacağı dəqiqdi. 

Sonda bir daha qeyd edək ki, “Neftçi”nin yayda cəmi bir legionerlə güclənməsi gözlənilir ki, bu da hücumçu olacağı dəqiqdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43