Dünyadan

Argentina millisi mətbuatı boykot etdi

Argentina DÇ – 2018 seçmə mərhələsi çərçivəsində Kolumbiyanı 3-0 məğlub edərək rahat nəfəs alıb. 

İdmanxeber.com-un məlumatına görə, matçın ardından isə Argentinalı futbolçular, Lavezzinin narkotik istifadə etdiyi iddialarından sonra, mediaya boykot tətbiq etmə qərarı alıb.

Milli üzvləri yayılan xəbəri əssasız hesab etdikləri üçün belə bir addım atıblar. Messi və komanda yoldaşları mətbuat konfrasnında jurnalistlərin qarşısına çıxıb. Ulduz futbolçu bu fikirləri səsləndirib:

“Bundan belə mətbuata danışmama qərarı aldıq. Niyə belə qərar aldığımızı sizin də təxmin etdiyinizi düşünürəm. Bu günə qədər bir çox suçlamayla qarşılaşdıq. Ağır tənqidlər aldıq. Ancaq bütün tənqidləri hörmətlə qarşılayıb, cavab vermədik. Bir çox mətbuat mənsubunun bizə hörmətlə yanaşdığını bilirik. Ancaq artıq sərhəd aşıldı. Lavezzinin narkotik istifadə etməsi ilə bağlı iddialara güclü cavab vermək məcburiyyətindəyik. Çünki susqun qalsaq, insanlar ittihamların doğru olduğunu düşünəcək. Bütün komanda burada və güclü olaraq artıq medianın oyununu oynamayacağımızı söyləyirik. Bizə istədiyiniz qədər hücum edə bilərsiniz. Ancaq heç birimiz artıq media ilə danışmayacağıq”.

Argentinalı futbolçuların media boykotuna nə qədər davam edəcəkləri bilinmir. Lavezzi də, məşq sonunda narkotik istifadə etdiyini iddia edən jurnalisti şikayət edəcəyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43