İdman

Argentina millisinin baş məşqçisi istefaya göndərildi

DÇ-2018-dəki uğursuz çıxışı Argentina millisinin baş məşqçisi Xorxe Sampaolinin istefaya göndərilməsinə səbəb oluib.

İdmanxeber.com-un məlumatına görə, Argentina Futbol Assosiasiyasının (AFA) rəsmi saytı məlumat yayıb. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün 58 yaşlı mütəxəssis 2 milyon avro təzminata razılaşdırılıb.

Xorxe Sampaoli ilə 2017-ci ildən millini çalışdırırdı. Onun rəhbərliyi altında Argentina yığması DÇ-2018-in 1/8 finalında Fransaya 3:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43