Kateqoriyasız

Argentina – Xorvatiya oyununun hakimləri

DÇ-2022-nin yarımfinalında keçiriləcək Argentina – Xorvatiya oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçı İtaliya Futbol Federasiyasından Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Çiro Karbone və Alessandro Callatini köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mohamed Mohammed yerinə yetirəcək.

 

Dekabrın 13-ü keçiriləcək Argentina – Xorvatiya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43