İdman

Argentinalı futbolçu PSJ-də

PSJ Edinson Kavaniyə əvəzləyici tapıb. 

İdmanxeber.com-un məlumatına görə, Paris klubunun skautları son zamanlar “River Pleyt”in hücumçusu Lukas Alarionun çıxışını diqqətlə izləyirlər. 

PSJ-nin idman direktoru Patrik Kluyvert artıq 24 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb. 

Fransa təmsiçisi Alarioya görə 18 milyon avro ödəməyə hazırdır. 

Qeyd edək ki, argentinalı forvard cari mövsüm Argentina çempionatında meydana çıxdığı 13 oyunda 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43