Ölkə futbolu

Arif Əsədov: “Məqsədimiz qələbə qazanmaq idi, lakin…”

Medallara iddialı “Neftçi” Topaz Premyer Liqasının XX turunda “Simurq”la heç-heçə etdi. “Bakcell Arena”da keçirilən oyunda qapılara qol vurulmadı.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov matçı belə şərh edib.

“AZAL-a məğlub olduqdan sonra, meydançaya qələbə üçün çıxmışdıq. Birinci hissədə qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. İkinci hissədə “Simurq” daha qapalı oynadı. Düzdür, məqsədimiz qələbə qazanmaq idi. Lakin 1 xalla kifayətləndik. Buna baxmayaraq, komandamın oyunundan razıyam”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43