Ölkə futbolu

Arif Daşdəmirov “Sumqayıt”da

“Kimyaçılar” heyətini gücləndirib.

İdmanxeber.az klubun “feysbuk” səhifəsinə istinadən məlumat verir ki, 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.

Belə ki, son mövsümü “Qarabağ”da keçirmiş sağ cinah müdafiəçisi Arif Daşdəmirov komandamızla 1 illik müqaviləyə imza atıb.

Daşdəmirov “Sumqayıt” FK-da 21 nömrəli formada çıxış edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43