İdman

Armando Kunqu: “Cütün taleyi Bakıda müəyyənləşəcək”

“Rəqibim keyfiyyətli komandadır. Diqqətli olmalıyıq. Bu komanda Avropa Liqasında və ötən mövsüm Çempionlar Liqasında qrup mərhələsində çıxış edib. Futbolçularım oyuna çox ciddi yanaşırlar. Onların ruhuna güvənirəm. Əgər komandada ruh yoxdursa, keyfiyyətin heç bir dəyəri yoxdur”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Albaniyanın “Kukesi” klubunun baş məşqçisi Armando Kunqu ÇL-in II təsnifat mərhələsində “Qarabağ”ı qəbul edəcəkləri oyundan öncə mətbuat konfransında söyləyib. 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– “Qarabağ”ı məğlub etməyin yolunu tapmısız? Hansı taktika ilə oynayacaqsız?

– Sabah necə oynayacağımızı görəcəksiz. Əlbəttə, planlarmız var. “Qarabağ”ı araşdırmışıq və bu komandaya artıq bələdəm. Orda oynayan alban futbolçuları da tanıyıram. “Qarabağ”ın son matçlarına baxdıq və buna uyğun məşq etdik.

– “Kukesi” 2013-cü ildə Avropa Liqasının pley-offuna kimi irəliləmişdi. Bu mövsüm uğurlu çıxış ola bilərmi?

– Həmin mövsümkü uğuru təkar etmək olduqca çətindir. Albaniyanın digər təmsilçisi bu turnirin qrupuna vəsiqə qazanmışdı. Mən gəldiyim gündən komandamdan razıyam.

– “Kukesi”nin şasnlarını necə hesab edirsiz?

– İlk oyunda çox diqqətli olmaq lazımdır. Cütün taleyi Bakıda müəyyənləşəcək. İlk görüş olduqca vacibdir.

– “Kukesi”nin heyəti Avropada uğur qazanmağa kifayət edir?

– İstəkli olmaq və arzu etmək lazımdır. İrəli getmək istəyirik. Ancaq bunun üçün məsuliyyəti öz üzərinə götürə biləcək futbolçu lazımdır. Komanda topa sahib olanda həmin futbolçuya ehtiyac duyulur. İnanırıq ki, həm avrokuboklarda, həm də ölkə çempionatında yaxşı çıxış edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43