Müsahibə

Armenteros: “Reynaldo başqa futbolçudu, mən başqa” (MÜSAHİBƏ)

“Qarabağ”ın hücumçusu Armenterosun İdmanxeber.com-a müsahibəsi.

– İlk öncə oyun haqda nə deyərdin?

– Çətin oyun oldu. Ancaq buna baxmayaraq qələbə qazana bildik. 

– Qarşıdan “Anderlext”lə oyun gəlir…

– Həmişə “Anderlext”ə qarşı oyanamaq istəmişəm. “Qarabağ”dan əvvəl oynadığım komandada çoxlu dostlarım var. Onlar bu qarşılaşmanı izləməyə gələcəklər.

– Bu sizin üçün əlavə motivasiya olacaqmı?

– Təbii ki, xüsusi bir motivasiya olacaq. Amma peşəkar futbolçu  kimi hazırlaşmalıyam

– Armenteros “Qarabağ”a nisbətən “Anderlext”i daha yaxından tanıyır. Bu bilgi komandaya kömək edəcəkmi?

– Əlbəttə, komanda haqda məlumat almaq üçün soruşa biləcəyim adamlar çoxdu, amma onlar da futbolçudu. Mən bilmirəm, onlar mənə nəyi deyə bilərlər. Komandada məqşçi heyəti yetərincə araşdıra bilir, məndən soruşmağa ehtiyac yoxdu.

– Reynaldonu layiqincə əvəz edə biləcəksənmi?

– Əlimdən gələni edəcəm, amma Reynaldo başqa futbolçudu, mən də başqa. Hal-hazırda rəqib liqada yaxşı durumda deyil. Komandada gərginlik var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43