Dünya futbolu

Arsen Venger iddialı danışdı: “Çempionlar Liqasını qazana bilərik”

Londonun "Arsenal" klubunun baş məşqçisi Arsen Venger iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Çalışdırıcı komandasının Çempionlar Liqasının qazanmağa qadir olduğunu düşünür:

"Çox çətin qrupda yer alırıq. Əgər bu qrupdan növbəti mərhələyə yüksələ bilsək, o zaman kuboku da qazana bilərik. Düzdür, biz hər il məhz bu məqsəd uğrunda yarışırıq. Lakin bu dəfə şansımızın daha çox olduğunu düşünürəm. Turnirin favoritləri "Bavariya", "Barselona" və "Real"dı. Amma pley-offda istənilən komanda digərini mübarizədən kənarlaşdırmağa qadirdi".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43