Dünya futbolu

Arsen Venqerin növbəti gənc hədəfi bəllidir

“Arsenal” bu mövsüm növbəti transferini gerçəkləşdirməyə yaxındır.

İdmanxeber.com-un İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, Yaponiyanın ən perspektivli və gənc futbolçularınadan biri Takuma Asano ilə müqavilə bağlayacaq. 

Takuma Asano ölkəsinin “Sanfrans Xirosima” komandasında hücumçudur. O, “topçular”ın onunla maraqlandığını bildirib.

Qeyd edək ki, London təmsilçisi bundan öncə Qranit Xaka ilə müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43