Dünyadan

“Arsenal” azarkeşləri çox məyus olacaq

İngiltərə “Arsenal”ının aparıcı siması Məsut Özil tibbi müayinədən keçib.

İdmanxeber.com-un məlumatına görə, almaniyalı futbolçunun azı 1 ay yaşıl meydanlardan kənar qalacağı bildirilib. 

Məhz buna görə, Özil Premyer Liqanın qarşıdakı 4-5 turunda “topçular”a kömək edə bilməyəcək. 

Qeyd edək ki, Özil Çempionlar Liqasının 1/8 finalında “Bavariya” ilə cavab matçında sıradan çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43