Kateqoriyasız

“Arsenal” azarkeşlərinin üzüləcəyi xəbər: millinin oyununda zədələndi

"Arsenal"ın lider futboçusuna çevrilən Aleksis Sançez zədələnib.

İdmanxeber.com-un məlumatına görə, millinin düşərgəsində xəsarət alan futbolçu baldır əzələsindən şikayətçidi.

Futbolçu bu zədəni DÇ-2018 seçmə mərhələsi çərçivəsində keçirilən Kolumbiya ilə matçda almışdı (1:1). Lakin Aleksis həmin matçı sona qədər oynadı.

Çilili futbolçunun "Arsenal"ın heyətində bu həftə keçiriləcək "Vest Bromviç"lə matçda forma geyə biləcəyi sual altındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43