Kateqoriyasız

Bakıdakı finalın adı – “Arsenal” – “Çelsi”!

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, baş tutan oyunlardan sonra Bakıda keçiriləcək final görüşünə vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.

İlk görüşdə doğma azarkeşləri önündə qələbə qazanan  “Arsenal” (3:1) səfər matçında da “Valensiya”dan güclü olub. Aubameyanqın het-trik etdiyi görüşdə London təmsilçisi Bakıdakı finala vəsiqə qazanıb – 4:2.

Digər finalçının adına isə İngiltərədə aydınlıq gəlib. Belə ki, “Çelsi” öz meydanında Almaniyanın “Ayntraxt” klubu ilə üz-üzə gəlib.

Frankfurtdakı görüşdə qeydə alınan  1:1 hesabı Londonda da təkrarlanıb. Əlavə vaxtda da qol olmayınca ikinci finalçını penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq olan “zadəganlar” finalda “Arsenal”ın rəqibi olub.

Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


9 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) – 2:4
Qollar: 
Qameyro, 11 (1:0), Obameyanq, 17 (1:1), Lyakazett, 50 (1:2), Qameyro, 58 (2:2), Obameyanq, 69 (2:3), 89 (:4)
İlk oyun – 1:3

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) – 1:1  (Penaltilər seriyası – 4:3)

Qol: Loftus-Çik, 28 (1:0),   Yoviç 49 (1:1)
İlk oyun – 1:1

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah”ın Suraxanı yenilgisinin yeganə təsəllisi

admin

“Neftçi”nin futbolçusu “Sabah”da

admin

AFFA “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı cəzaları açıqladı

admin