Kateqoriyasız

“Arsenal” Bakıya nə vaxt gəlir?

Avropa Liqasının finalına vəsiqə qazanan “Arsenal”ın Bakı planı bəllidi.

İdmanxeber.az-ın məlumatına görə, istirahətə buraxılan komanda mayın 20-də bir araya gələcək. London klubu mayın 25-də Bakıya gələcək. Paytaxtımızda 3 məşq keçməyi planlaşdıran “topçular” mayın 30-da İngiltərəyə geri dönəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında “Arsenal”ın digər rəqibi “Çelsi” olacaq. Oyun saat 23:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43