08 Sentyabr 2024
Dünya futbolu

“Arsenal” “Bavariya”nın müdafiəçisini istəyir

“Arsenal” “Bavariya”nın müdafiəçisi Matteys de Liqt ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Londonun baş məşqçisi Mikel Arteta 24 yaşlı hollandiyalını heyətində görmək istəyir. “Arsenal” gələn yay müdafiəçini transfer etməyə çalışa bilər.

Bu mövsüm de Liqt “Bavariya”nın heyətində bütün turnirlərdə 11 oyun keçirib və 1 qol vurub. O, ötən yaydan Münhendə oynayır.

Transfermarkt portalı futbolçunun bazar dəyərini 65 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43