“Arsenal”ın Avropa Liqasının final oyunu üçün Bakıya gətirdiyi futbolçular müəyyənləşib.
İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “topçular” paytaxtımıza 24 oyunçu ilə gəlib. Unai Emeri oyun günü onlardan birinin adını siyahıdan çıxaracaq və 23 nəfərlik sifariş ərizəsi UEFA-ya təqdim ediləcək.
Qapıçılar: Petr Çex, Bernd Leno, Deyan İliyev
Müdafiəçilər: Karl Cenkinson, Sead Kolaşinats, Loren Koselni, Ştefan Lixtştayner, Naço Monreal, Şkodran Mustafi, Sokratis Papastatopulos,
Yarımmüdafiəçilər: Məhəmməd El-Nenni, Matteo Genduzi, Aleks İvobi, Enzli Meytlend-Naylz, Məsut Özil, Lukas Torreyra, Corc Uillok, Qranit Caka, Bukayo Saka
Hücumçular: Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett, Edvard Nketia, Danni Uelbek, Xavyer Amaeçi
Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında “Çelsi” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.