“Arsenal” yayda hücum xəttini yeni oyunçularla gücləndirəcək.
İdmanxeber.az məlumat verir ki, “topçular” Aleksander İsak və Maykl Oliseni transfer etməyi düşünür. London klubu bu iki keçidi bitirmək üçün 165 milyon funt-sterlinqi gözdən çıxardıb.
Çempionlar Liqasında “Bavariya”ya uduzaraq mübarizəni 1/4 finalda dayandıran “Arsenal” Premyer Liqada isə 71 xalla lider “Mançester Siti”nin 2 xal gerisində ikinci yerdədir.