08 Sentyabr 2024
Dünya futbolu

“Arsenal” ingiltərəli futbolçu ilə müqavilə uzadır

“Arsenal” komandanın müdafiəçisi Ben Uayt ilə yeni uzunmüddətli müqavilə imzalamağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu ilə klub arasında danışıqlar bu mövsümün əvvəlindən davam edir və yaxın vaxtlarda razılığın əldə olunacaq. Uayt bu mövsüm “Arsenal”ın heyətində 32 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43