Kateqoriyasız

“Arsenal” Mxitaryanı Bakıya gətirməyə qorxur

“Arsenal” “Çelsi” ilə Bakıda keçiriləcək həlledici oyuna erməni futbolçusu Henrix Mxitaryanı gətirmək fikrində deyil.

İdmanxeber.az “Daily Telegraph”a istinadən xəbər verir ki, klub təhlükəsizlik səbəbindən Mxitaryanı Bakıya gətirməyi düşünmür. “Topçular” futbolçunu Bakıya gətirməkdə istəksizdir. “Arsenal” klubundan verilən məlumatda qeyd edilib ki, futbolçuların təhlükəsizliyi vacibdir: “Bütün futbolçularımızın güvəndə olması vacibdir. Bu, böyük önəm daşıyır. UEFA-dan Henrix Mxitaryanın və klubumuzun daim güvəndə olacağına dair təminat istəyirik. Bəzi qarantilər hələ qəbul edilməyib. UEFA-dan bunları dərhal təmin edəcəyini gözləyirik. Əlbəttə, məkanın Mxitaryanın bir avrokubok finalında oynamamasına görə narahatıq”.

Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund “Borussiya”sı ilə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə “Arsenal” 30 yaşlı yarımmüdafiəçini “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb

admin

“Əlavə şərhə ehtiyac yoxdu, səviyyə fərqi hiss olundu” – Qurban Qurbanov

admin

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – QƏRARLAR

admin