Dünya futbolu

“Arsenal” nə istəyir eləsin, biz yolumuza davam edəcəyik”

“Bavariya”nın müdafiəçisi Filipp Lam Çempionlar Liqasının 1/8 finalı çərçivəsində “Arsenal”a qarşı keçiriləcək cavab matçında danışıb.

Təcrübəli futbolçu mübarizəni davam etdirəcəklərinə əmin olduğunu bildirib:  

“Oyunun gedişində komanda konsentrasiyasını qorumalıdı. Xüsusən də ilk yarıda. “Arsenal”a demək lazımdır ki, nə istəyirlər eləsinlər, biz yolumuza davam edəcəyik”.

Sarı vərəqə cəzalısı olan Lam Londonda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, ilk matçda “Bavariya” “Arsenal”ı 5:1 hesabı ilə darmadağın edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43