22 Yanvar 2020
Kateqoriyasız

“Arsenal” – “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 25-də Bakı vaxtı ilə saat 21:00-da “Arsenal” mərkəzi stadionunda keçiriləcək “Arsenal” – “Neftçi” oyunu öncəsi Bakı təmsilçisinin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

İdmanxeber.az-ın “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, tədbir iyulun 24-də “Arsenal” mərkəzi stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 18:30-da başlanacaq. Konfransdan sonra, saat 19:00-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.

Həmin gün saat 18:00-da “Arsenal”ın jurnalistlər üçün açıq (ilk 15 dəqiqəsi) məşqi, 20:00-da isə baş məşqçi İqor Çerevçenkonun mətbuat konfransı olacaq.

Oxşar xəbərlər

“Qərar vermək çətin olmadı” – Beqoviç

admin

“Qəbələ”nin nümayəndələri “Feyenoord”un düşərgəsində

admin

“Onların belə bir fikri varsa, bu bizə təsir etməz” – Maksim Medvedev

admin