16 Sentyabr 2024
Dünya futbolu

“Arsenal” niderlandlı forvardı istəyir

“Arsenal” “Bolonya”nın hücumçusu Coşua Zirkzee ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 22 yaşlı forvard üçün 50 milyon funt-sterlinq tələb edir.

Zirkzee 2022-ci ilin yayında “Bavariya”dan “Bolonya”ya transfer olub. O, bu mövsüm 22 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43