Dünya futbolu

“Arsenal” – “Qarabağ” matçının biletləri satışda

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda qarşılaşacağı “Arsenal”la matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az-ın Ağdam klubunun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, biletləri iticket.az saytından onlayn olaraq və ya “iticket”in baş ofisindən ( AF Mall, 14-cü mərtəbə, ofis 36) əldə etmək mümkündür. Biletlərin qiymətləri 39-56 manat arasındadır.

Qeyd edək ki, “Arsenal” – “Qarabağ” görüşü dekabrın 14-ü (yerli vaxtla 13 dekabr) saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43