Kateqoriyasız

“Arsenal” “Real”ın futbolçusunu icarəyə götürdü

İngiltərənin “Arsenal” klubu heyətini gücləndirib.

London təmsilçisi “Real”ın futbolçusu Dani Sebalyosu icarəyə götürüb. İspaniya millisinin üzvü oyunçu bir mövsüm “topçular”da çıxış edəcək.

Dani ötən mövsüm də icarə əsasında “Arsenal”da oynayıb.

Madrid klubu 23 yaşlı yarımmüdafiəçini 2014-cü ildə “Real Betis”dən 18 milyon avroya transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43