Dünyadan

“Arsenal” “Real”ın futbolçusunun transferini bitirdi

“Arsenal” hücumçu problemini Madrid “Real”ının forvardı Morata ilə həll edib.

İdmanxeber.com-un məlumatına görə, London klubu futbolçu ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Lakin bu transferlə bağlı ətraflı məlumat verilmir. İspaniya mətbuatının yaydığı xəbər görə, Madrid klubunun gənc üzvünün “topçular”la 2 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, gənc hücumçu bu mövsüm “Real” foması ilə 23 oyunda meydana çıxıb, 8 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43