Dünya futbolu

“Arsenal” ŞOKda

İngiltərə Premyer Liqası çərçivəsində səfərdə "Nyukasl"a (0:1) qalib gələn Arsenal" ciddi itki ilə üzləşib. Belə ki, "topçular" aparıcı futbolçusu Məsut Özildən məhrum olub.

Bu barədə komandanın baş məşqçisi Arsen Venger mətbuata açıqlamasında deyib.
"Onun "Nyukasl"la görüşdə iştirak etməsini çox istəyirdim. Ancaq çiynində zədə var. Məsut iki və ya üç matç yaşıl meydanlardan kənarda qalacaq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43