30 Sentyabr 2024
Dünyadan

“Arsenal” transferə doymur: DÇ-nın ən yaxşılarından biri London klubunda

İngiltərənin "Arsenal" klubu növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, London klubu Kolumbiya millisinin qapıçısı David Ospinanı transfer edib. 

"Topçular"ın bu transferi yaxında ictimaiyyətə açıqlayacağı bildirilir.

"Dailymail" qəzetinin yaydığı xəbərə görə, "Arsenal" qapıçı ilə üç illik müqavilə imzalayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43