Kateqoriyasız

“Arsenal” üçün vəziyyət daha pis olardı” – məşhur futbolçu “Neftçi”nin oyunu haqda

“Spartak”ın sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy ötən gün “Arsenal”ın Avropa Liqasının ikinci mərhələsinin ilk oyununda “Neftçi”yə məğlubiyyətini (0:1) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, Rusiya millisinin də şərəfini qorumuş futbolçu Tula təmsilçisinin bəxtinin gətirdiyini deyib:

“Hesab edirəm ki, “Neftçi”nin üstünlüyü var. “Arsenal”ın bəxti gətirdi ki, top dirəyə dəyəndə ikinci topu buraxmadı. Bu halda vəziyyət daha pis olardı. İndi bizə lazımdır ki, səfərdə bir qol vuraq.  Bu halda vəziyyət bərabərləşəcək”.

Xatırladaq ki, “Neftçi” ilə “Arsenaı” arasında cavab görüşü avqustun 1-i Bakıda olacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43