Dünya futbolu

“Arsenal” və “Çelsi” final biletlərini UEFA-ya qaytarır

UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” klubu onlara ayrılmış biletləri sata bilməyib.

İdmanxeber.az “Daily Mail”ə istinadən xəbər verir ki, London klublarının azarkeşləri Azərbaycana səyahət etməyin çətin və baha olmasını əsas gətirərək, bilet almaqdan imtina edir.

UEFA klublara 12 min bilet (hər kluba 6 min) ayırsa da, onlar cəmi 5800 bilet satıb. Klublar satılmayan biletləri geri göndərməyi planlaşdırır.

Avropa Liqasının finalı mayın 29-u, Bakı Olimpiya Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43