Dünya futbolu

“Arsenal” xoşbəxt olmalıdır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis çempionluq mübarizəsi verən “Arsenal” barədə danışıb. O, rəqiblərinin yaxşı çıxış etdiyini bildirib:

“Arsenal” bu il əla futbol oynayır. Uzun müddət sonra çempionluq yarışındadılar.

Artıq Çempionlar Liqasına vəsiqə qazanıblar. Buna görə də xoşbəxt olmalıdırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43