06 Sentyabr 2024
Dünya futbolu

“Arsenal” yeni müdafiəçi aldı

“Bolonya”nın müdafiəçisi Rikkardo Kalafiori “Arsenal”a keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, londonlular 22 yaşlı italyanla müqaviləni razılaşdırıb. Müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.

Kalafiori 2023-cü ilin avqustundan “Bolonya”da çıxış edir. 2023/24 mövsümündə müdafiəçi komandanın heyətində bütün yarışlarda 33 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43