Dünya futbolu

“Arsenal”da ciddi itkilər – Açıqlama

İki oyunçu “Qarabağ”la olan oyunu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərənin  “Arsenal” klubu heyətindəki zədəli oyunçular barəsində açıqlama yayıb. Açıqlamada sol dizindən zədə alan müdafiəçi Sead Kolaşinaçinlə, sol ayaq sümüyündə kiçik sınıq olan yarımmüdafiəçi Enzl Meytlend-Naylz oktyabrın əvvəlində məşqlərə başlayacaqları bildirilib.

Karl Cenkinsonla, Loren Koselni isə noyabır ayında məşqlərə başlaya biləcək. Bu o deməkdir ki, bu iki oyuncu  “Qarabağ”la olan görüşü buraxmalı olacaq.

Qeyd edək ki,  “Qarabağ” Avroliqada ilk ev görüşünü oktyabrın 4-ü “Arsenal”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43