Dünya futbolu

“Arsenal”dan Kavani həmləsi

İngiltərənin “Arsenal” klubu Fransa PSJ-sinin forvardı Edinson Kavanini heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, London klubu Paris təmsilçisinin uruqvaylı hücumçusu üçün təklif göndərəcək. Bu mövsüm PSJ-lə müqaviləsi başa çatacaq hücumçu da, Fransa klubunda qalmaqda maraqlı deyil.

Mauro İkardinin gəlişindən sonra ehtiyyatda qalan Kavaninin bu transferə “hə” deyəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43