Dünya futbolu

“Arsenal”dan Özil və Sançesə fantastik təklif

“Arsenal” rəhbərliyi Məsut Özil və Aleksis Sançesi heyətində saxlamaqda israrlıdır.

İdmanxeber.com-un məlumatına görə, klub onları bütün tarixi ərzində ən yüksək ödənişli futbolçu etməyə də hazırdır. Hər iki futbolçuya həftəlik 280 min funt sterlinq olan müqavilə təklif olunub. Müqavilənin müddəti isə 2020-ci ilə qədərdir.

Xatırladaq ki, hər iki futbolçunun sözləşməsi gələn yay başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43