Dünya futbolu

“Arsenal”ın 3 oyunçusu “Qarabağ”a qarşı oynamayacaq

“Arsenal”ın heyətində ciddi itkilər var.

Klubun saytının yaydığı məlumata görə, Loran Koselni, Dinos Mavropanos və Enzli Meytlend-Naylz zədə səbəbindən bir müddət meydanlardan uzaq qalacaqlar. Meytlend-Naylz oktyabrın, digər ikisi isə ən yaxşı halda noyabrın əvvələrində meydana çıxa biləcəklər. Bu isə o deməkdir ki, hər 3 futbolçu “Arsenal”ın Avroliqanın qrup mərhələsinin ikinci turunda “Qarabağ”la Bakıda keçirəcəyi oyunu buraxacaqlar.

Qeyd edək ki, ötən tur zədələnərək oyundan çıxan Sokratis Papastatopulosun durmunun ciddi olmadığı və növbəti oyunda komandasına kömək edə biləcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43