Kateqoriyasız

“Arsenal”ın Avroliqadakı oyunu təxirə salınıb

İngiltərədə “Arsenal” və Niderlandın PSV komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu təxirə salınıb.

İdmanxeber.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Böyük Britaniya kraliçası II Elizabetin vəfat etməsi səbəb olub.

Avropa futbol qurumu matçın təşkilində ciddi məhdudiyyətlər olduğu üçün bu qərarı qəbul edib.

Qeyd edək ki, qarşılaşma sentyabrın 15-də keçirilməli idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43