Kateqoriyasız

“Arsenal”ın baş məşqçisini əsəbiləşdirən sual: “Zəhmət olmasa…”

Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında Bakıda “Neftçi”yə uduzaraq (0:3), mübarizəni dayandıran Rusiyanın “Arsenal” klubunun baş məşqçisi İqor Çerevçenko oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Birinci hissədə üstünlük bizdə idi. Ancaq təkcə bu hesabı dəyişmir. İmkanlardan yararlanmalıydıq, ancaq istifadə edə bilmədik.

– “Arsenal”ın mərhələ keçməməsini debüt təcrübəsizliyi ilə əlaqələndirmək olar, yoxsa sadəcə “Neftçi” güclü idi?
– “Neftçi” vurduğu qolların sayəsində mərhələ keçdi. Deməzdim ki, problem təcrübəsizliyimizdədi. Komandamızın futbolçuları yığma komandalarda oynayır, onlar üçün avrokubok oyunları problem olmamalıdı.

– İlk oyundan sonra “Neftçi”nin səviyyəli və sərt futbol oynadığını demişdiz. Bu gün isə sizin oyunçular kobud çıxış edirdi.
– Mən bu barədə heç nə deməmişəm. Zəhmət olmasa, siz mənim konfranslarıma yaxşı hazırlaşın. Bu gün də kobudluq görmədim. Sadəcə, iki komanda bir-biri ilə mübarizə aparırdı.

– Komandada hansısa futbolçunun lider olmaq məqsədi var idi? Fasilədə kiməsə belə tapşırıq vermişdiz?
– Bütün məsuliyyəti özüm daşıyıram. Futbolçuların isə hər biri özünə görə lider olmalıdı.

– “Neftçi”nin gücünü yaxından görən mütəxəssis kimi növbəti mərhələdə bu komandanın şansını və qrupa düşmək ehtimalını necə görürsüz?
– “Neftçi”nin növbəti mərhələlərdə də yaxşı şansı var. Komanda təcrübəlidi. Çox güclü komandadı. Onların baş məşqçisi “Şerif”lə qrup mərhələsində oynamışdı. “Neftçi”nin yaxşı şansları var. Onlar nə qədər irəli getsələr, azarkeşləri üçün o qədər yaxşı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Öncə “Sabah”, sonra “Qarabağ”

admin

“Qarabağ”ın Antalyada ikinci günü – Fotolar

admin

“Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq” – UEFA-nın prezidenti

admin