Ölkə futbolu

“Arsenal”ın bəyənmədiyi futbolçu “Qəbələ”yə də lazım olmadı

Bu gün Türkiyədəki toplanışını başa vurub vətənə qayıdacaq olan "Qəbələ" klubunun bir müddətdir düşərgəsində baxışda olan fildişi sahilli futbolçu Marko Ne bəyənilməyərək geri göndərilib.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb onun lazımi formada olmamasıdır. 

Qeyd edək ki, Marko Ne 2004-cü ildə “Arsenal”da baxışda olub. Ancaq London klubunun baş məşqçisi Arsen Venger onu bəyənməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43