Ölkə futbolu

“Arsenal”ın futbolçusu rəsmən “Qəbələ”də – FOTO

Antalya hazırlıqlarına bu gün start verən “Qəbələ” sıralarını yeni futbolçu ilə gücləndirib. Ötən mövsüm Kiyev “Arsenal”ında çıxış etmiş Rafael Santos karyerasını “Qəbələ”də davam etdirəcək. Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu artıq “qırmızı-qaralar” Antalya düşərgəsində məşqlərə başlayıb.

Karyerasına Braziliyanın “Ponte-Preta” (2003-2006) klubunda başlayan Rafael Santos ölkəsində daha sonra “İnternasional” (2006-2007) və “Atletiko Paranaense”nin (2007-2011) şərəfini qoruyub. Sonuncu klubda olarkən Salvadorun “Vitoriya” (2008) və İtaliyanın “Bolonya” (2009/10) komandalarında icarə əsasında çıxış edib.

Rafael ötən il qısa müddət ölkəsinin “XV de Pirasisaba” klubunda oynayıb. Daha sonra Kiyev “Arsenal”ı ilə müqavilə bağlayan futbolçu sözügedən komandada 1 il çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43