Dünya futbolu

“Arsenal”ın futbolçusundan ŞOK hərəkət – FOTOLAR

İngiltərə Federasiya Kubokunun 3-cü mərhələsinə start verib. Turun ən maraqlı oyunu “London derbisi” ilə yadda qalıb. Həm oyun, həm də oyunda baş verən qalmaqal baxımından.

“Topçular” bu mərhələdə rəqibini 2-0 hesabı ilə məğlub edərək, vacib oyunda, vacib nəticəyə nail oldu. Amma oyunun sonlarına yaxın “Arsenal”ın heyətindən zədələnən Teo Uolkot, qalmaqallı hərəkətlə yadda qalıb. Futbolçu zədələndiyi üçün xərəkdə meydanı tərk edərkən, “Tottenhem” azarkeşlərinə oyunun nəticəsini əks etdirən “2-0” işarəsini göstərib. Bu hərəkətə görə Uolkotun pulla cəzalandırılacağı gözlənilir.

“Arsenal”ın polyak qapıçısı Voyçex Şensnıy da öz instaqram hesabında Uolkotun etdiyi hərəkəti təkrarlayıb.

Komandanın baş məşqçisi Arsen Venger bu hadisəyə şərh verərkən, Teo Uolkotu müdafiə edib. O, futbolçusunun hər hansı bir təxribata yol vermədiyini bildirib.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43