Dünya futbolu

“Arsenal”ın heyətində olan bu futbolçular “Qarabağ”a qarşı oynamayacaq

“Topçular” Bakıya itkilərlə gəlib

“Arsenal”ın heyətində Petr Çexdən başqa, fransalı  Loran Koselni,  Konstantinos Mavropanos və  Karl Cenkinson da “Qarabağ”a qarşı oynamayacaqlar. Bundan əlavə, erməni yarımmüdafiəçi Henrix Mxitaryan Bakıya gətirilməyəcək.

İngiltərə mətbuatına yer alan xəbərlərə görə, “Arsenal”ın baş məşqçisi Unai Emeri oyunların sıx təqvimini nəzərə alaraq, “Qarabağ”la oyunda əsas heyət oyunçularının əksəriyyətinə istirahət verəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43