Yayda “Arsenal”dan ayrılacağı gözlənilən Bakari Sanyanın yeni mövsümdən hansı klubda çıxış edəcəyi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə fransız futbolçu yeni mövsümdən etibarən “Mançestr Siti” nin şərəfini qoruyacağ.
Artıq futbolçu “şəhərlilər”lə danışıqlara başlayıb.Tərəflər arasında 3 illik müqavilə imzalanacaq və Sanya yeni klubunda həftəsinə 100 min funt qazanacaq.
Qeyd edək ki, cari mövsüm 35 oyunda forma geyinən Sanya 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb