Dünyadan

“Arsenal”ın ulduz futbolçusu “Mançester Siti”yə keçdi

Yayda “Arsenal”dan ayrılacağı gözlənilən Bakari Sanyanın yeni mövsümdən hansı klubda çıxış edəcəyi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə fransız futbolçu yeni mövsümdən etibarən “Mançestr Siti” nin şərəfini qoruyacağ.

Artıq futbolçu “şəhərlilər”lə danışıqlara başlayıb.Tərəflər arasında 3 illik müqavilə imzalanacaq və Sanya yeni klubunda həftəsinə 100 min funt qazanacaq.

Qeyd edək ki, cari mövsüm 35 oyunda forma geyinən Sanya 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43