Dünyadan

“Arsenal”la 5 illik müqavilə imzaladı

İngiltərənin “Arsenal” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, London klubu müdafiəçi Loran Koselni ilə daha 5 illik sözləşmə imzalayıb.

2019-cu ilə kimi “topçular”a xidmət edəcək Koselni “Arsenal”ın heyətində 8-ci futbolçudur ki, bu mövsüm yeni müqavilə imzalayır.

İngiltərə klubunda bundan əvvəl Santo Kazorla, Qnabri, Per Mertezaker, Aron Remzi, Tomaş Rosiçki, Voyçex Şesni və Zelalamlə sözləşməni yeniləmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43