Kateqoriyasız

Arxadakı “bombardir”lər

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatdı.

Baş tutan 14 matçın statistik göstəriciləri ilə sizi tanış etməkdə davam edirik.

Bu gün sizə 14 turdan sonra ən çox lehinə və əleyhinə penalti qərarları çıxarılan komandaların siyahısı haqda məlumat verəcəyik.

14 turdan sonra qapılara 13 dəfə penalti təyin olunub.

Son çempion “Qarabağ” 14 turdan sonra ən çox lehinə penalti qərarı verilən komandadır. Ağdam təmsilçisinin lehinə 4 penalti qərarı verilib.

Penalti ilə cəzalandırıan komandaların siyahısına “Səbail” və “Sumqayıt” başçılıq edir. Bu komandalar geridə qalan turlar ərzində 3 dəfə cəzalandırılıb. “Səbail”in iştirakı ilə keçirilən 5 görüşdə penalti qərarı verilib. Bunların da 2-si lehinə, 3-ü isə əleyhinə olub.

Ümumilikdə siyahı aşağıdakı kimidi:

“Qarabağ”: +++

“Qəbələ”: +

“Sabah”: – + – +

“Neftçi”: + –

“Sumqayıt”: – – -+

“Keşlə”: + – –

“Zirə”: + – –

“Səbail”: – + – + –

Çempionatımızda qış fasiləsinə qədər 5 avtoqol qeydə alınıb ki, bunlardan da ikisinə eyni futbolçu imza atıb. Belə ki, “Zirə”nin müdafiəçisi Adil Nağıyev 6-cı və 8-ci turlarda müvafiq olaraq “Sumqayıt” və “Keşlə” ilə səfər matçlarında qapıları səhv salaraq komandasını məyus edib.

Hərəyə bir dəfə olmaqla “Qarabağ”dan Abbas Hüseynov, “Sumqayıt”dan Mehdi Cənnətov və yenə “Zirə”dən İlkin Qırtımov topu öz qapısına göndərib.

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43