Kateqoriyasız

Aşağı yaş qrupları üzrə milli komandaların turnirləri təxirə salındı – UEFA-dan yeni qərar

Koronavirus pandemiyasının Avropa ölkələrinə təsiri nəzərə alınaraq, UEFA-nın bayrağı altında keçirilən bir sıra turnirlərlə bağlı UEFA İcraiyyə Komitəsi tərəfindən bir sıra qərarlar qəbul olunub.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, turnirlərin əsasnaməsi təsdiq üçün UEFA İcraiyyə Komitəsinin 2021-ci ildə keçiriləcək ilk iclasında təqdim olunacaq:

2020/2021-ci il mövsümü üçün qızlar və oğlanlardan ibarət milli komandalar arasında turnirlər
U-17 (qızlar) – ləğv olunur
U-17 (oğlanlar) – ləğv olunur

U-19 (qızlar)

  • Seçmə mərhələ oyunları – 2021-ci il, aprel (12 mini-turnir)
  • pley-off (14 komanda) – 2021-ci il, iyun
  • final mərhələsi (Belarus. 2021-ci il, 21 iyul – 2 avqust)

U-19 (oğlanlar)

  • Seçmə mərhələ oyunları – 2021-ci il, mart (13 mini-turnir)
  • pley-off (14 komanda) – 2021-ci il, may/iyun
  • final mərhələsi (Rumıniya. 2021-ci il, 30 iyun – 13 iyul)

U-19 Avropa çempionatı – 2021/23
U-19-lar arasında Liqa sistemi ilə çempionatın yeni seçmə mərhələsi 2022/2024 mövsümünə keçirilib.

Futzal U-19
Futzal üzrə ikinci U-19 Avropa çempionatı 2021/2022-ci il mövsümünə keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43